Jurnalistlər cəzaçəkmə müəssisəsində oldular (Yenilənib)

Rəis əvəzi İlqar Məmmədova təzyiq olmadığını deyir

Source:

Rəis əvəzi İlqar Məmmədova təzyiq olmadığını deyir

2 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Ədalət Cəbrayılov jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, İlqar Məmmədov karsa salınmayıb, ona qarşı heç bir təzyiq yoxdur.

***

10 jurnalist İlqar Məmmədovla bağlı baş verən hadisələri aydınlaşdırmaq məqsədilə 2 saylı cəzaçəkmə müəssisəsinə yollanıb. Onların arasında Meydan TV-nin əməkdaşı da var. Hazırda jurnalistlər şəxsiyyət vəsiqələrini təcridxana rəhbərliyinə təqdim edərək, görüş vaxtını gözləyirlər.

Dünən, yəni avqustun 14-də İlqar Məmmədov bəyanat yayaraq, təcridxanada ona təzyiq göstərildiyini, həyatının təhlükədə olduğunu qeyd edib. Penitensiar Xidmətin mətbuat xidməti isə deyilənlərin doğru olmadığını bildirir.

Ana səhifəXəbərlərJurnalistlər cəzaçəkmə müəssisəsində oldular (Yenilənib)