Jurnalistin vəkili Ali Məhkəmənin qərarını ala bilmir

Vəkil Yalçın İmanov Azadxeber.org dini saytının baş redaktoru Nicat Əliyevin işi üzrə qərarın mətnini Ali Məhkəmədən ala bilmir.

Source:
Nicat Əliyev
Nicat Əliyev
Nicat Əliyev
Nicat Əliyev

Vəkil Yalçın İmanov Azadxeber.org dini saytının baş redaktoru Nicat Əliyevin işi üzrə qərarın mətnini Ali Məhkəmədən ala bilmir.

Vəkil hesab edir ki, qərarın mətninin verilməsi ona görə yubadılır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsinə əngəl törədilsin.

N.Əliyev və daha 9 dindar 2012-ci ilin mayında qanunsuz narkotik maddə və silah satışı, dini ədavətin qızışdırılması, hakimiyyəti ələ keçirməyə çağırış, qadağan olunmuş dini ədəbiyyatın yayılması ittihamı ilə həbs olunublar və 2013-cü ilin dekabrında azadlıqdan məhrum ediliblər. Onlar 3 il 2 aydan tutmuş 10 ilədək müddətə həbs cəzası alıblar.

N.Əliyev 10 il azadlıqdan məhrum edilib. O, Bakıda “Eurovision” müsabiqəsi və mümkün Gey-paradın keçirilməsinə qarşı tənqidi video-çarxın yayılmasında təqsirli bilinib. Hökumət videomateriallarda hökumət əleyhinə çıxışların, dini ədavətin qızışdırılması əlamətlərinin olduğunu müəyyən edib.

2016-cı il aprelin 7-də Ali Məhkəmə N.Əliyevin şikayətini təmin etməyib.

N.Əliyevin vəkili Y.İmanov Turan-a bildirib ki, üç aydır ki, Ali Məhkəmənin qərarının mətnini ala bilmir.

Onun fikrincə, məhkəmə qərarının verilməsi qəsdən yubadılır. Vəkil bunu “siyasi məhbusun işinin baxılmaq üçün Avropa məhkəməsinə çıxarılmasından ötrü bürokratik əngəl kimi qiymətləndirir”.

“Ali Məhkəmənin qərarından sonra 6 ay ərzində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək olar. Ancaq üç ay keçib, biz hələ də qərarı ala bilməmişik. Məlumdur ki, Nicat Əliyev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Hesab edirəm ki, heç bir qanuni əsas olmadan Ali Məhkəmənin qərarının verilməməsində məqsəd Nicat Əliyevin barəsində hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinin qarşısının alınmasıdır”, – vəkil bildirib.

O qeyd edib ki, əgər yaxın vaxtlarda Ali Məhkəmənin qərarının mətnini almasalar Məhkəmə-Hüquq Şurasına şikayət ediləcək.

Ana səhifəXəbərlərJurnalistin vəkili Ali Məhkəmənin qərarını ala bilmir