Jurnalistin üzərindən ölkədən çıxış qadağası götürüldü

Aynur İmranova: “Hakim işi xətm elədi”

Source:
Aynur İmranova
Aynur İmranova

Aynur İmranova: “Hakim işi xətm elədi”

Nəsimi rayon Məhkəməsi jurnalist Aynur İmranovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv edib. Bu haqda Turan-a jurnalistin özü məlumat verib.

A.İmranovanın ölkədən çıxışına 2013-cü ilin aprelində QHT-lərə qarşı açılan cinayət işi çərçivəsində məhdudiyyət qoyulub. Jurnalist həmin cinayət işi üzrə şahid qismində dindirilmişdi.

“Mənim çıxışımın açılması ilə bağlı 3 dəfə idi məhkəmə təxirə salınırdı. Hakim sorğu göndərmişdi prokurorluğa. Bugünkü iclasda cavab gəldi ki, 1 aprel tarxindən Aynur İmranovanın adının üzərindəki “qadağandır” əmri qaldırılmışdır. Nəsimi Məhkəməsinin hakimi Elman İsayev də qadağa götürüldüyü üçün bu gün işi xətm elədi”, – deyə jurnalist bildirdirib.

2013-cü ilin aprelində Baş Prokurorluqda QHT-lərə qarşı açılan cinayət işi çərçivəsində onlarla hüquq müdafiəçisi, jurnalist və siyasi fəalın ölkədən çıxışına qadağa, bank hesablarına həbs qoyulub.

Martın 31-də Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev ölkədən çıxışa qadağaların, bank hesabları üzərində həbslərin aprelin 1-dən etibarən qaldırılacağını açıqlamışdı.

Ana səhifəXəbərlərJurnalistin üzərindən ölkədən çıxış qadağası götürüldü