Jurnalistin şikayəti təmin olunmadı

Məhkəmə Aytac Əhmədovanın iddiasını icraata götürməkdən imtina edib

Source:
Aytac Əhmədova
Aytac Əhmədova


Məhkəmə Aytac Əhmədovanın iddiasını icraata götürməkdən imtina edib

İyunun 30-da Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyilə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsi tərəfindən Meydan TV ilə əməkdaşlıqda günahlandırılan jurnalist Aytac Əhmədovanın ölkədən çıxışına qoyulmuş qadağanın qanunsuz hesab edilməsinə dair şikayətinə baxılıb. Məhkəmə jurnalistin şikayətini icraata götürməkdən imtina edib.

Məhkəmədə prokurorluq bildirib ki, jurnalistin ölkədən çıxışına qadağa Meydan TV-nin vəzifəli şəxsləri barədə başlanılan cinayət işinin  istintaqı ilə əlaqədar zərurət yarandığından qoyulub.

A.Əhmədovanın vəkili Zibeydə Sadıqova bildirib ki, A. Əhmədova bugünə qədər şübhə edilən və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmədiyindən onun ölkədən çıxışına qoyulan qadağa qanunsuzdur, jurnalistin sərbəst hərəkət azadlığını pozur, həmçinin, peşə fəaliyyətinə görə əsassız cinayət təqibinə məruz qalmasına şərait yaradır.

Məhkəmə şikayətçiyə iddia qaydasında inzibati – iqtisadi məhkəmələrinə müraciət etməyi məsləhət görüb.

Ana səhifəXəbərlərJurnalistin şikayəti təmin olunmadı