Daniel Pyorl

Mənbə: Google

Başlıq: Daniel Pyorl

Jurnalistin qətlində günahlandırılan militana verilmiş ölüm hökmü ləğv edilib

Məqalə yeniləndi:  2 Aprel 2020

Pakistanda digər üç nəfər yeni qərarla məhkəmə tərəfindən bəraət alıb

Pakistan məhkəməsi amerikalı jurnalist Daniel Pyorlun (Pearl) öldürülməsi ilə əlaqədar ingilis əsilli militana verilmiş ölüm hökmünü ləğv edib, - RFE/RL xəbər verir.

Vəkil Xavya Navid (Khawja Naveed) deyib ki, Sindh vilayətinin Ali Məhkəməsinin iki üzv heyəti qərarı qəbul edərkən Əhməd Ömər Səid Şeyxin adam oğurluğuna görə məhkumluğunu 7 ilə endirib.

Navid əlavə edib ki, Şeyx 2002-ci ildən həbsxanada olduğu üçün onun azadlığa buraxılacağı gözlənilirdi, lakin məhkəmə bu qərarı vermədi.

38 yaşlı Pyorl 2002-ci ildə Karaçidə qaçırılarkən və başı kəsilərkən “The Wall Street Journal”-ın Cənubi Asiya bürosunun rəhbəri idi. O, islamçı militanlar haqda araşdırma edirdi.

Pyorlun başının kəsilməsini görüntüləyən video təxminən bir ay sonra ABŞ-ın Karaçidəki konsulluğuna verilmişdi.

London İqtisadiyyat Məktəbinin (LSE) keçmiş tələbəsi olan Şeyx 2002-ci ildə həbs edilmiş və terrorla mübarizə məhkəməsi tərəfindən edam cəzasına məhkum edilmişdi, digər üç müttəhim isə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Navid deyib ki, digər üç nəfər yeni qərarla məhkəmə tərəfindən bəraət alıb.

Bölgənin baş prokuroru Faiz Şah qərara etiraz etmək istədiyini deyib.

“Məhkəmə qərarı rəsmiləşdikdən sonra yəqin ki, apelyasiya şikayəti verəcəyik”, - Şah “Reuters”-ə deyib.

2011-ci ilin yanvar ayında Vaşinqtonun Corctaun Universitetində araşdırma edən jurnalistika qrupu tərəfindən hazırlanan Pyorl Layihəsində iddia edilir ki, Pyorlun öldürülməsinə görə yanlış adam mühakimə olunub.

Araşdırmada qeyd edilir ki, Pyorl 11 sentyabr 2001-ci il hücumlarının iddia edilən fikir müəllifi Xalid Şeyx Məhəmməd tərəfindən öldürülüb.

Məhəmməd 2003-cü ildə Pakistanda həbs edilib və hazırda ABŞ-ın Guantanamo həbsxanasında saxlanılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  2 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yymbzl

Ən çox baxılan