Jurnalistin ölümü ilə bağlı həbs edilənlərdən daha biri futbolçudur

Kənan Mədətov futbolçu karyerası ərzində Bakının “İnter” klubunda oynayıb.

Source:

Kənan Mədətov  futbolçu karyerası ərzində Bakının “İnter” klubunda oynayıb.

Jurnalist Rasim Əliyevin ölümünə görə istintaqa cəlb edilənlərdən daha birinin – Kənan Mədətovun da futbolçu olduğu müəyyənləşib. Bu barədə məlumatrı Sport7.az yayıb.

Məlumatda bildirilir ki, jurnalistin ölümünə görə təqsirləndirilən Kənan Elşad oğlu Mədətov 1995-ci il yanvarın 14-də anadan olub. O, futbolçu karyerası ərzində Bakının “İnter” klubunda oynayıb.  20 yaşlı Kənanın bu klubda çıxışı 2012/2013 mövsümünə təsadüf edib. Mədətov  paytaxt klubununun formasını cəmi 8 ay geyinə bilib. Adı cinayətdə çəkilən Kənanın “İnter”dən ayrıldıqdan sonra futbolla vidalaşdığı ehtimal olunur.

Buna qədər həbs olunanlardan Samir Mustafayev, Elşən İsmayılov və Camal Məmmədovun daha futbolçu olduqları öz təsdiqini tapmışdı.

Avqustun 8-də Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir.

Ana səhifəXəbərlərJurnalistin ölümü ilə bağlı həbs edilənlərdən daha biri futbolçudur