Jurnalistin işi üzrə məhkəmə başlayır

Cəlilabad rayon məhkəsində jurnalist Əfqan Sadıqovun işi üzrə noyabrın 30-na təyin olunmuş iclas təxirə salınıb

Source:


Cəlilabad rayon məhkəsində jurnalist Əfqan Sadıqovun işi üzrə noyabrın 30-na təyin olunmuş iclas təxirə salınıb

Proses vəkil Elçin Sadıqovun xahişi ilə onun iş materialları ilə tanış olması məqsədilə təxirə salınıb. İclas 1 dekabr saat 15:00-a təyin edilib. Bu barədə “Turan”a vəkil bildirib.

Sadıqov müttəhimlə görüşüb, o bildirib ki, peşə fəaliyyətinə görə, xüsusən rayondakı qanunsuzluq faktlarını ictimailəşdirdiyinə görə həbs olunub və özünü təqsirli bilmir.

Azel.tv saytının təsisçisi və redaktoru A.Sadıqov noyabrın 22-də saxlanılıb. Ona qarşı CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Söhbət avqustda rayon icra hakimiyyətinin binasında baş vermiş insidentdən gedir. Həmin vaxt dəhlizdə bir qadın ona yumruqla hücum edib, polis dərhal insidenti sağlamlığa ziyan vurma kimi protokollaşdırıb.

İstintaq hesab edir ki, qadının – Aliyə Rzayevanın guya beyni silkələnib.

O, “Ekologiya” adlı bir qəzetin jurnalisti kimi təqdim edilir. Baxmayaraq ki, iş materiallarından zərərçəkmişin latın əlifbası ilə oxuyub-yaza bilmədiyi görünür.

Bundan başqa, müdafiə tərəfin məlumatına görə, o, yuxarıların sifarişi ilə kimisə həbs etmək lazım olan bu cür sifarişli işlərdə dəfələrlə “zərərçəkmiş” olub.

Ana səhifəXəbərlərJurnalistin işi üzrə məhkəmə başlayır