Jurnalistin işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib

Elçin Sadıqov məlumat yayıb

Source:


Elçin Sadıqov məlumat yayıb

Jurnalist Əfqan Muxtarlı barəsində açılmış cinayət işi araşdırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib. Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov yayıb.

Əfqan Muxtarlı barəsində Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri  ilə ittiham irəli sürülüb.

Baş prokurluğun yaydığı məlumatda qeyd edilib ki, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Əfqan Muxtarlı isə vəkili vasitəsilə bildirib ki, o, mayın 29-da Tbilisidə yaşadığı evin yaxınlığında kriminal polis dəstəsi tərəfindən oğurlanıb və Azərbaycana gətirilib. Qolları bağlı vəziyyətdə olan jurnalistin cibinə zorla 10 min avro pul qoyulub. Bakıya çatdıqdan sonra isə onun barəsində cinayət işi açılıb.

Səbail rayon Məhkəməsi Əfqan Muxtarlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Jurnalistin qəbs-qətimkan tədbirindən verdiyi apelyasiya şikayətinə isə iyunun 6-da baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Ana səhifəXəbərlərJurnalistin işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib