Jurnalistin intihar etdiyi bildirilir

”Qax Polisi və Məhkəməsi ona qarşı ədalətsizlik edib”

Source:


”Qax Polisi və Məhkəməsi ona qarşı ədalətsizlik edib”

Qax sakini, jurnalist Xalidə Abdullahın intihar etdiyi bildirilir.

Bu barədə onun dostları “Facebook”-da yazıblar, fotolarını yayıblar.

Bildirirlər ki, hazırda jurnalistin vəziyyəti ağırdır, o, reanimasiyadadır:

“Özünü meşədə asıb. Son anda xilas edilib. Hal-hazırda xəstəxananın reanimasiya şöbəsindədir”.

Yaxınları bildirirlər ki, onun intihar səbəbi Qax Polisinin və Məhkəməsinin ona qarşı ədalətsizlik etməsidir.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Qax Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan hadisəni təsdiqləyiblər:

“Doğrudur, bir nəfər xanım meşədə özünü asıb. Ancaq ölməyib, xilas ediblər. Təcili Tibbi Yardım getdi. Hadisə yerində müdaxilə etdilər. Hazırda vəziyyəti normaldır. Əgər yaxşı olmasaydı xəstəxanaya gətirəcəkdilər. Ancaq vəziyyətdən çıxara bildikləri üçün gətirmədilər, indi evindədir”.

Qax rayon Polis Şöbəsindən isə bu barədə məlumatsız olduqlarını deyiblər:

“Həmin xanımın nə zaman və niyə intihar etdiyini bilmirik, məlumatımız yoxdur. Zəhmət olmasa bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayın”.

Daxili İşlər Nazirliyindən isə məlumat almaq mümkün olmayıb.

Ana səhifəXəbərlərJurnalistin intihar etdiyi bildirilir