Tədbirdə jurnalistlər mükafatlandırıldı
İyulun 20-də “Avropa” otelində Jurnalistlər İttifaqında “Jurnalistika terminləri” çap nəşrinin təqdimatı olub.
Lüğətdə 2500 termin və ifadə var və bu, Azərbaycanda ilk belə izahlı lüğətdir. Nəşrin müəllifləri Elçin Şıxlı, Qulu Məhərrəmli və Arif Əliyevdir.
Tədbirdə çıxış edən Qulu Məhərrəmli deyib ki, lüğətdə ən aktual terminlər və ifadələr toplanıb və Azərbaycan dilinə tərcümə edilib.
Arif Əliyev isə son illər meydana çıxmış məşhur və yeni ifadələrə haqda konkret nümunələr göstərib.
Tədbirdə çıxış edən professor Şirməmməd Hüseynov hesab edib ki, lüğət təkcə gənclər üçün deyil, təcrübəli KİV işçiləri üçün də “faydalı və lazımlı” nəşrdir.
Tədbirin ikinci hissəsində “Zərdabi” Mükafatının təqdimatı olub.