Cavid Hüseynovun CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə və gizlətmə) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi də ayrıca məhkəməyə göndərilmək mərhələsindədir
Yanvarın 5-də Rasim Əliyevin ölümündə təqsirli bilinən Cavid Hüseynovun qohumu və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsində ilkin hazırlıq iclası keçiriləcək.
Məlumatı Meydan TV-yə vəkil Əsabəli Mustafayev verib.
Cavid Hüseynovun CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə və gizlətmə) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi də ayrıca məhkəməyə göndərilmək mərhələsindədir.
Jurnalist Rasim Əliyev avqustun 8-də saat 18.00 radələrində Səbail rayonu, Bayıl qəsəbəsindəki “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülüb. O, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.