Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub

“Mən bilmirəm prokuroluğun mənimlə nə işi ola bilər, Baş Prokurorluğa məktub yazıb səbəbini öyrənmək istəyəcəm”

Source:


“Mən bilmirəm prokuroluğun mənimlə nə işi ola bilər, Baş Prokurorluğa məktub yazıb səbəbini öyrənmək istəyəcəm”

Araşdırmaçı jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub. Məlumatı Azadlıq Radiosuna özü verib. Jurnalistin bildirdiyinə görə, o, oktyabrın 12-də “Forum 2000” konfransında iştirak üçün Praqaya yola düşəcəkmiş.

“Sərhəddə parportumu təqdim etdim. Mənə bildirdilər ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub”, – deyə xanım İsmayıl söyləyib

Amma jurnalist qadağanın səbəbindən xəbərsizdir: “Mən bilmirəm prokuroluğun mənimlə nə işi ola bilər. Səhər Baş Prokurorluğa məktub yazacam, səbəbini öyrənmək istəyəcəm. Görək bizi hansı sürprizlər gözləyir”.

“Forum 2000” konfransı 1997-ci ildən bəri hər ilin sentyabr və ya oktyabr aylarında Çexiyanın paytaxtı Praqada keçirilir.

Ana səhifəXəbərlərJurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub