Jurnalist Xədicə İsmayılın həbs müddəti uzadılır

Həmkarımız ibtidai istintaqda ifadə verməkdən imtina edib

Source:


Həmkarımız ibtidai istintaqda ifadə verməkdən imtina edib

Yanvarın 27-də Səbayıl rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılacaq.

Bu barədə



“Turan İA”a vəkil Yalçın İmanov bildirib.

Onun sözlərinə görə, Xədicə İsmayılın həbs müddətinin daha iki ay uzadılması ilə bağlı təqdimatı Bakı şəhər Prokurorluğu verib.

Yalçın İmanov  ailə üzvlərinin Xədicə İsmayılla görüşə  buraxılmamasını da qanunsuz hesab edir.

Onun fikrinə görə ailə qüzvləri ilə görüşə icazə verilməldir.

İstintaqa gəldikdə Xədicə İsmayıl ibtidai istintaqda ifadə verməkdən imtina edib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

Fevralın 5-də Xədicə ismayılın həbs müddəti başa çatmalı idi.

Ana səhifəXəbərlərJurnalist Xədicə İsmayılın həbs müddəti uzadılır