13.11. Turxan Kərimovu bu dəqiqələrdə azad ediblər. Bu barədə jurnalistin özü Meydan TV-yə məlumat verib.
O, deyib ki, səhər işə gedəndə mülki geyimlilər tərəfindən saxlanıldım: “Onlar məni 18-ci polis bölməsinin rəisinin yanına apardılar. Mənə söylədilər ki, rəis səninlə tanış olmaq istəyir. Polis bölməsində nə işlə məşğul olmağım barədə suallar verdilər. Dedim ki, məni bura gətirmisinizsə bilərsiz nə ilə məşğul oluram. Rəis də dedi ki, bilirik, amma özündən də soruşuruqbir azdan geniş açıqlama yayacağını bildirdi”.
2 saata yaxın söhbət zamanı jurnalistdən Azadlıq Radiosundakı işi, beynəlxalq proseslər və s. barədə soruşulub.
Jurnalist özü belə deyib.
Onu qara maşına basaraq naməlum istiqamətə aparıblar
Noyabrın 28-də Azadlıq Radiosunun əməkdaşı Turxan Kərimov (Turxan Qarışqa) saat 11:00-a yaxın evdən çıxarkən mülki geyimli iki şəxs onu saxlayıb.
Şahidlərin sözlərinə görə, onu qara maşına basaraq naməlum istiqamətə aparıblar.
DİN-in mətbuat xidmətindən “Turan İA”-a hadisə ilə bağlı məlumatın olmadığı bildirilib.
Nərimanov Rayon Polis İdarəsində də T.Kərimovun saxlanmadığı bildirilib.
Jurnalistin qardaşı Əziz Elxanoğlu Meydan TV-yə bildirib ki, onun özü olaydan tam təfərrüatıyla məlumatlı deyil: “İndi evə gedirəm, məlumat olan kimi xəbər edəcəm”.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl isə Facebook səhifəsində yazıb ki, Turxan Qarışqanı yarım saat əvvəl evdən çıxanda həbs ediblər. Vəkil lazımdır təcili.
Vəkil Yalçın İmanov jurnalistin müdafiəsini öz üzərinə götürüb.
Jurnalistin saxlanması Meydan TV-in diqqətindədir, məlumat olan kimi yayacağıq.