Jurnalist Seymur Həzi saxlanılıb (Yenilənib)

O vəkilinə zəng edərək Abşeron polisinə aparıldığını bildirib

Source:

Meydan TV-nin Abşeron rayon Polis Şöbəsində olan müxbiri Sevinc Vaqifqızının verdiyi məlumata görə, jurnalist Seymur Həzi saxlanaraq buraya gətirilib:

“Lakin qanunları pozaraq Seymur Həzinin saxlanmasını növbətçi gündəliyinə salmayıblar. Artıq vəkil Elton Quliyev də Şöbəyə gəlib. Biz jurnalistlərlə də burda çox kobud davranılır, bizə Şöbənin çöldən görüntüsünü belə videoya çəkməyə imkan vermirlər”.


***


O vəkilinə zəng edərək Abşeron polisinə aparıldığını bildirib

Bu barədə məlumatı Meydan TV-yə vəkil Elton Quliyev məlumat verib. Onun sözlərinə görə, jurnalist Seymur Həzi özü saat 15-də vəkilə zəng edərək polis tərəfindən saxlanılaraq Abşeron polisinə aparıldığını deyib:

“Mənə bir onu dedi ki, xuliqanlıqda ittiham edirlər. Amma necə saxlandığı və hadisənin digər təfərrüatları haqda heç nə demədi. Bir onu dedi ki, özünü tez mənə çatdır”.

Jurnalistin mobil telefonuna zəng çatmır.

Abşeron rayon Polis Şöbəsinin növbətçi hissədən bildirdilər ki, hələ ki, onlara Seymur Həziyev adlı heç kəs gətirilməyib.

Seymur Həzi AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzeti əməkdaşı və “Azərbaycan Saatı” proqramının aparıcıdır.

Ana səhifəXəbərlərJurnalist Seymur Həzi saxlanılıb (Yenilənib)