Saxlanmazdan öncə bir nəfər tanımadığı şəxs jurnalistə hücum edib.
Bu haqda məlumatı Meydan TV-yə vəkil Elton Quliyev verib. Onun sözlərinə görə, bir nəfər naməlum şəxs jurnalist Seymur Həziyə yaxınlaşaraq onu söhbətə tutaraq, neçə gündür Facebookda ona yazdığını lakın cavab almadığını deyib:
“Seymur da bildirib ki, ola bilər bu texniki məsələdir. Bu zaman həmin şəxs Seymura hücum edərək döyməyə başlayıb. Seymur onundan qurtulmaq üçün əlindəki su şüşəsi ilə onu vurub və ərazidən uzaqlaşıb. Az keçməyib ki, yolda ona polis maşını yaxınlaşıb və Seymuru götürüb Abşeron polisinə gətiriblər”.
Elton Quliyev deyir ki, Seymur Həzi ona üç gün öncə də zəng edərək həbs olunacağı ilə bağlı xəbər aldığını bildirib. O bunu öz jurnalist və içtimai-siyasi fəaliyyəti ilə bağlayır.
Jurnalist Seymur Həzi avqustun 29-da saxlanılaraq Abşeron rayon Polis Şöbəsinə gətirilib. O, xuliqanlıqanlıqda ittiham olunur.