Jurnalist Seymur Həzi beynəlxalq mükafat aldı

Məhbus jurnalist mükafatı təsis edənlərə və onun namizədliyini irəli sürənlərə təşəkkürünü bildirib

Foto: Meydan TV
Seymur Həzi
Seymur Həzi


Məhbus jurnalist mükafatı təsis edənlərə və onun namizədliyini irəli sürənlərə təşəkkürünü bildirib


Ord Фонд Fritt və Zeit-Stiftung

 Azad Avropa Mətbuatı mükafatının 2016-cı il qaliblərinin adını açıqlayıb.

Bu barədə Fondun saytında məlumat yayılıb.

Mükafatı alanlar arasında “Azadlıq” qəzetinin redaktoru və “Azərbaycan Saatı”nın jurnalisti, həbsdə olan Seymur Həzi də var. Məlumatda bildirilir ki, Seymur Həzi hakimiyyətin korrupsiyası barədə yazdığı məqalələrə görə təzyiqə və işgəncəyə məruz qalıb. 2014-cü ilin avqustunda jurnalist 5 il azadlıqdan məhrum edilib.

Məlumatda bildirilir ki, Seymur Həzinin namizədliyini Şahvələd Çobanoğlu, Zamin Hacı, Natiq Cavadlı, Mehman Hüseynov, Təhminə Tağızadə və Xədicə İsmayıl irəli sürüb. Xədicə İsmayıl hazırda həbsdədir. O cümlədən, Henrix Böll Fondunun Cənubi Qafqaz və Norveç Helsinki Komitəsi də Seymur Həzinin namizədliyini dəstəkləyiblər.

Digər iki mükafatçı Rusuya və Ukraynadan olub: “Yelena Milaşina Rusiyanın “Novaya Qazeta” mətbu orqanının Şimali Qafqaz üzrə araşdırmaçı jurnalistidir. İkinci isə Ukraynadan “Nashi Groshi” (Bizim Pul) adlı websaytdır. Sayt Ukraynada korrupsiyaya qarşı məqalələriylə tanınır”.

Seymur Həzi dostları ilə əlaqə saxlayarkən ona bu haqda məlumat verilib. Məhbus jurnalist mükafatı təsis edənlərə və onun namizədliyini irəli sürənlərə təşəkkürünü bildirib.

Mükafatın təqdimetmə mərasimi 2016-ci ilin noyabrında Tiflisdə jurnalistlər üçün çoxgünlük beynəlxalq mətbuat konfransı çərçivəsində keçiriləcək.

Ana səhifəXəbərlərJurnalist Seymur Həzi beynəlxalq mükafat aldı