Jurnalisti Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə aparıblar.
Bu barədə Meydan TV-yə DSX-nın qarşısında olan jurnalistlər xəbər veriblər.
Onların sözlərinə görə, polislər ərazidən uzaqlaşmağı tələb ediblər. Bu zaman Sevinc Vaqifqızı “dostumuzu oğurlayıb bura gətiriblər, onun üçün gəlmişik”- deyib. Bu cavabdan əsəbləşən mülki geyimli şəxs polislərə “bu qızı aparın bölməyə” tapşırığını verib.
Hazırda o və nişanlısı Məsud Əsgər polis bölməsindədir.
Jurnalistlər məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova məlumat veriblər. Ehsan Zahidov məsələnin araşdırılacağını deyib.