Rasim Əliyev Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı olub. Bir çox aksiyalarda, mitinqlərdə jurnalist fəaliyyəti göstərib. O həmçinin evi sökülən vətəndaşların, sosial problemləri olan sakinlərin problemlərini də işıqlandıran jurnalistlərdən biri idi. Son əməkdaşlıq etdiyi media orqanı isə ANN TV olub.
Jurnalist Rasim Əliyev bu gün səhər saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Xəstəxanadan Meydan TV-nin əməkdaşının verdiyi xəbərə görə, onun daxili qanaxmadan öldüyü bildirilir. Jurnalist Bayıl qəsəbəsində bir neçə naməlum şəxsin hücumuna məruz qalaraq döyülmüşdü.
Meydan TV mərhum jurnalistin sosial şəbəkələrdən topladığı fotolarını sizə təqdim edir.