Jurnalist Rasim Əliyev dəfn olundu

Rasim Əliyev avqustun 9-da səhər saat 5 radələrində 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib

Source:


Rasim Əliyev avqustun 9-da səhər saat 5 radələrində 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib

Avqustun 8-də döyülən, bu gün səhər saatlarında isə vəfat edən idman jurnalisti Rasim Əliyev Mehdiabad qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində mərhumun yaxınları, həmkarları və siyasi xadimlər iştirak edib.

Rasim Əliyev avqustun 9-da, səhər saat 5 radələrində 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, rentgen olunsa da, həkimlər daxili qanaxma olduğunu aşkarlamayıblar. Yalnız ağrıkəsici iynə vurulub. Güman olunur ki, həkimlərin məsuliyyətsizliyi rol oynayır

Rasim Əliyev ANN.TV-nin əməkdaşı olub. Jurnalist döyülməsinə səbəb olaraq onun futbolçu Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” sosial şəbəkəsində tənqid etməsini göstərib.

Ana səhifəXəbərlərJurnalist Rasim Əliyev dəfn olundu