Jurnalist Nurlan Librenin həbs müddəti uzadılıb

Nurlan Libre, foto: Meydan TV

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Nurlan Qəhrəmanlının (Libre) həbs müddəti daha 3 ay uzadılıb.

Qərar bu gün Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə qəbul edilib.

Nurlan Libre 2025-ci il fevralın 21-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun həbs müddəti artırılıb.

Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir. 

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub. 

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Ana səhifəMeydan TV işiJurnalist Nurlan Librenin həbs müddəti uzadılıb