Jurnalist Nicat Məlikov vəfat etdi

Onun ürəktutmasından öldüyü bildirilir

Source:

Jurnalist Nicat Məlikov yanvarın 23-də axşam saatlarında vəfat edib. Jurnalist dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. Onun ürəktutmasından öldüyü ehtimal edilir.

Bu barədə junalistin dostları sosial şəbəkədə məlumat paylaşıblar.

2014-cü ildə fəaliyyəti dayanan “Zerkalo” qəzetinin əməkdaşı Nicat Məlikov 1979-cu ildə Bakı şəhərində doğulub, üç uşaq atası idi.

Ana səhifəXəbərlərJurnalist Nicat Məlikov vəfat etdi