Jurnalist hüquq-mühafizə orqanlarına müraciət edəcək

“Yaxın günlərdə hazırladığımız araşdırma məni hədələyənlərin gözlədiyindən də sərt və təsirli olacaq”

Source:


“Yax


ı


n g


ü


nl


ə


rd


ə


haz


ı


rlad


ığı


m


ı


z ara


ş


d


ı


rma m


ə


ni h


ə


d


ə


l


ə


y


ə


nl


ə


rin g


ö


zl


ə


diyind


ə


n d


ə


s


ə


rt v


ə


t


ə


sirli olacaq”

Azadlıq Radiosunun Praqada olan əməkdaşı Yafəs Əkrəmoğlu hədələyici zənglər aldığını iddia edir.

Bu barədə jurnalist Facebook səhifəsində yazıb: “Bu gün Naxçıvan MTN əməkdaşları zəng edərək məni növbəti dəfə hədələyib. Mən hazırda bir neçə aydır ki, Pragada yaşayıram. Zəng 0099477 506 31 23 nömrəsindən gəlib. Zəng edənin tələblərindən biri də Vasif Talıbovun ailə üzvlərinin Gürcüstandakı biznesi ilə bağlı başladığım araşdırmanı dayandırmağımdır. Əks halda, məni Bakıdakı ailə üzvlərimlə hədələyirlər. Hətta məni Praqada izlədiklərini, istədikləri vaxt cəzalandıra biləcəklərini deyiblər. Artıq bununla bağlı iyulun 1-də Çexiya polisinə müraciət edəcəyəm”.

Ona zəng edənin Azadlıq Radiosunun saytında yayımlanan reportajına görə bir müəllimin şikayət etdiyini yazıb jurnalist: “Həmin müəllim Babək rayonu Şıxmahmud kəndindən olan Vaqif adlı şəxsdir və bu şikayət əsasında məni məcburi geri də qaytara bilərlər”.

Yafəs Əkrəmoğlu Praqada olduğu ərəfədə birinci belə hədə zəngi almadığını qeyd edib: “İki ay öncə 0099450 998 41 68 nömrəsindən, daha sonra gizli nömrələrdən hədə zəngləri və Facebook-da İlkin Cəlilov adlı istifadəçidən özümə, ailə üzvlərimə qarşı hədə mesajları almışam. Ailəmi hədələməklə mənim geri qayıtmağıma nail olmağa çalışırlar. Məqsədləri məni Naxçıvana qaytarmaq, orada cəzalandırmaqdır. Mən Çexiyada olduğum müddətdə dedikləri müəllimin şikayəti əsasında Naxçıvan hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə dəfə ailəmin Bakıda yaşadığı evə də gedib, onlardan mənim geri qayıtmağımı tələb ediblər. Hazırda hədələr səbəbindən ailə üzvlərim həmin evdən köçüb, başqa yerədə yaşayırlar”.

O, radionun təhlükəsizlik şərtlərini nəzərə alaraq indiyə qədər olan hədələri ictimailəşdirmədiyini bildirib: “Hazırda özümə və ailə üzvlərimə olan təhlükənin daha ciddi olduğunu nəzərə alıb, məsələni ictimailəşdirmək qərarına gəldim. Azərbaycan hüquq-mühafizə orqanlarına da müraciət edərək yuxarıda göstərdiyim nömrələrlə bağlı araşdırma aparmalarını xahiş edirəm. Məni hədələyənlərə isə onu bildirmək istəyirəm ki, yaxın günlərdə dostlarımla birlikdə hazırladığımız araşdırma onların gözlədiyindən də sərt və təsirli olacaq”.

Ana səhifəXəbərlərJurnalist hüquq-mühafizə orqanlarına müraciət edəcək