“Qabırğalarım sınıb və sol qulağım eşitmir”
Avqustun 8-də reportyor Rasim Əliyev döyülüb. O, “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü deyir. Nəticədə jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Bu barədə Rasim Əliyevin özü Meydan TV-yə məlumat verib.
Rasim Əliyevin sözlərinə görə, Facebook səhifəsində yazdığı tənqidi statusundan sonra futbolçunun qohumları ona hədə-qorxu gəliblər. Bundan sonra Cavid Hüseynov zəng edib, amma mülayim danışıb və etdiyi hərəkətin səbəbini başa salıb. Amma qohumlarının hirsi soyumayıb: “Mənə zəng etdilər ki, bəs Cavidlə danışdıq, amma gəl görüşüb çay içək, razılaşdım. Bayılda görüşəndə düşdülər üstümə, 7-8 nəfər idi. Döyərkən telefonumu da sındırdılar. Hazırda xəstəxanadayam. Qabırğalarım sınıb və sol qulağım eşitmir”.
Jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “facebook” səhifəsində tənqid etməsi göstərilib.
Cavid Hüseynov özü Qafqazinfo.az saytına açıqlama verib. O, məsələyə belə aydınlıq gətirib:
“”Facebook”da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.
Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq, gәl, gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam “astanovka”dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım…”
Cavid Hüseynovun sözlərinə görə, Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib:
“Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil”.