Əhməd Muxtar azadlıqdadır. Onu kiminləsə səhv salaraq aparmaq istəyiblər, ancaq elə maşındaca yanlış adamı götürdüklərini biliblər. Bu barədə Əhməd Mustarın özü məlumat verib. Onun sözlərinə görə, kiminlə səhv salındığı barədə heç nə deyilməyib, yalnız şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra bildirilib ki, ərazidə hansısa şübhəli şəxsi axtarırmışlar, səhvən Əhməd Muxtarı götürüblər. Kimliklərini bilmədiyi şəxslər ondan üzr istəyib və buraxıblar.
***
Əhməd Muxtar Meydan TV ilə əməkdaşlıq edən jurnalist-fotoqraf Elnur Muxtarın qardışıdır
Sentyabrın 18-də təxminən saat 19.00-da müstəqil jurnalist-fotoqraf Əhməd Muxtar saxlanılıb. Onu evinin yanından 3 nəfər mülki geyimlilər aparıblar.
Bu barədə “Turan İA” hüquq mudafiəçisi Arzu Abdullayeva bildirib.
Əhməd Muxtar Meydan TV ilə əməkdaşlıq edən jurnalist-fotoqraf Elnur Muxtarın qardışıdır.