Cərimələnənlər və xəbərdarlıq alanlar da var
Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə paylaşım edən bir qrup şəxs həbs cəzası alıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 10 nəfər barəsində 30 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar qeyri-qanuni çağırışlar etməkdə təqsirləndirilirlər.
Saxlanılanlar bunlardır:
Rabil Səlvər oğlu Qurbanov, Bakı sakini, 1981-ci il təvəllüdlü;
Yaşar İbrahim oğlu Ferazi, Xırdalan şəhər sakini, 1959-cu il təvəllüdlü;
Elxan Rüstəm oğlu Əliyev, Tovuz rayon Aşağı Ayıblı kəndi sakini, 1982-ci il təvəllüdlü;
Aqil Səlamət oğlu Mehdiyev, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü;
Əli Şahbala oğlu Rəhimov, Bakışəhər sakini, 05.03.1992-ci il təvəllüdlü;
Rəşad Şamil oğlu Camalov, Tərtər rayon sakini, 14.09.1990-cı il təvəllüdlü;
Elsevən Akif oğlu Şıxəliyev, Lənkəran rayonu Cəgiran kəndi sakini, 05.07.1991-ci il tğvəllüdlü;
İlqar Humay oğlu Quliyev, Sumqayıt şəhər sakini, 27.06.1980-ci il təvəllüdlü;
Əfqan Hətəmxan oğlu Sadıqov, Cəlilabad şəhər sakini, 06.12.1976-cı il təvəllüdlü (jurnalist);
Rüfət Yaqub oğlu Əliyev, Sumqayıt şəhər sakini, 31.05.1986-cı il təvəllüdlü.
Çağırış etməkdə günahlandırılan Balakən şəhər sakini Şirinov İlknur Adil oğlu (18.07.1991) 25 gün, Bərdə rayonu Qəhrəmanlı kənd sakini Kərimov Sədi Hüseyn oğlu (17.02.1983) 20 gün, Xırdalan şəhər sakini Hüseynli Babək Hümbət oğlu (22.08.1992) 10 gün, Neftçala şəhər sakini Həşimov Afiq Mirzəxan oğlu (10.02.1981) 10 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Salyan rayonu Yenikənd kənd sakini Səfərsoy Rza Əli oğlu (06.05.1976), Bakı sakini Qasımov Səbuhi Hafiz oğlu (26.06.1996) barəsində isə cinayət işi qaldırılıb, axtarış aparılır.
“Ağsu rayonu Hacıqədirli kənd sakini Balayev Mahir Adəm oğlu (18.03.1981) qanunsuz çağırış etdikdən bir gün sonra başqa cinayət hadisəsi törətdiyi üçün artıq həbs olunub”, – deyə məlumatda qeyd olunur.
Eyni zamanda Ağdam rayonu Kəngərli kənd sakini Həsənov Bəhrəm Hüseyn oğlu (17.09.1987) və Bərdə rayonu Otuzikilər kənd sakini Rəhimov Orxan Oruc oğlu (07.03.1993) inzibati qaydada cərimə olunub. Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Bayramlı Səməd Elmin oğluna (14.07.1998) isə xəbərdarlıq edilib.
İyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İES-də bir blokun yanması nəticəsində ölkədə elektrik enerjisinin verilməsi dayandırıldı. İyulun 4-də isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı sui-qəsdə məruz qaldı. Hər iki hadisə ölkə ictimaiyyəti tərəfindən müzakirə mövzusuna çevrilib.