Jurnalist ”Carçı” verilişinin aparıcısı və deputatın dindirilməsini istəyir

Əfqan Muxtarlı təqsirləndirilən şəxs kimi dindirilib

Source:


Əfqan Muxtarlı təqsirləndirilən şəxs kimi dindirilib

İyunun 14-də Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı təqsirləndirilən şəxs qismində dindirilib.

Məlumatı onun vəkili Elçin Sadıqov yayıb. O, Əfqan Muxtarlının bir neçə vəsatət verdiyini söyləyib. Əfqan Muxtarlı İTV-nin “Carçı” verilişində onun Gürcüstandan Azərbaycana gətirilməsinin Azərbaycan-Gürcüstan xüsusi xidmət orqanlarının birgə əməliyyatı olması barədə xəbəri yayan aparıcının, həmin xəbərdə bu barədə danışan ekspertlərin və deputat Elman Nəsirovun dindirilməsini istəyib:

“Həmçinin bildirdi ki, onu Azərbaycan tərəfə gətirən şəxslərdən biri başı və gözləri bağlı Əfqan Muxtarlı barəsində “Əli bizim adamdır”, – deyib. Əli adlı şəxs də israr edib ki, qapını aç baxım. Əfqanı gətirən şəxslərdən biri qapını açıb (həmin avtomobilin qapısı öndən arxaya açılırmış). Həmin Əli adlı şəxs başı və gözləri bağlanmış Əfqan Muxtarlını görəndən sonra getmələrinə icazə verib. Əfqan Muxtarlı bildirdi ki, həmin Əli adlı şəxs DSX, DTX və ya DGK-nin həmin vaxt növbədə olan əməkdaşı olub. Xahiş etdi ki, istintaq həmin Əli adlı şəxsin şəxsiyyətini müəyyən edib şahid qismində dindirsin”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.

Ana səhifəXəbərlərJurnalist ”Carçı” verilişinin aparıcısı və deputatın dindirilməsini istəyir