Jurnalist Aytən Fərhadova saxlanıldı və buraxıldı (YENİLƏNİB)

ASAN Xidmətdən onu polisə təhvil veriblər

Source:


15.59. Jurnalist bu dəqiqələrdə buraxılıb. Ona bildiriblər ki, oktyabrın 13-də saat 15.00-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel) olmalıdır. Ancaq səbəbini izah etməyiblər.


ASAN Xidmətdən onu polisə təhvil veriblər

Oktyabrın 12-də saat 15 radələrində şəxsiyyət vəsiqəsini almaq üçün Sumqayıt şəhərində yerləşən ASAN Xidmətə gedən jurnalist Aytən Fərhadova (Ələkbərova) saxlanılıb. Bu barədə Meydan TV-yə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, hazırda 3-cü polis bölməsinə aparılır: “Şəxsiyyət vəsiqəmi itirmişəm. Yenisini almaq üçün ödəniş etmişəm, bu gün götürməli idim. Adımın qarşısında “saxlanmalı” yazıldığı üçün ASAN Xidmət məni polisə təhvil verir. Hazırda Sumqayıtdakı 3-cü polis bölməsinə aparılıram”

Ana səhifəXəbərlərJurnalist Aytən Fərhadova saxlanıldı və buraxıldı (YENİLƏNİB)