Jurnalist Aytac Əhmədovanın şikayəti baxılmamış saxlanıldı

Sentyabrın 5-də Səbail Rayon Məhkəməsində müstəqil jurnalist Aytac Əhmədovanın “Bandotdel” kimi tanınan DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qanunsuz saxlanmasından verilən şikayətə baxılıb.

Source:
Aytac Əhmədova
Aytac Əhmədova

Hakim vəkildən Vəkillər Kollegiyasına şikayət edib

Sentyabrın 5-də Səbail Rayon Məhkəməsində müstəqil jurnalist Aytac Əhmədovanın “Bandotdel” kimi tanınan DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qanunsuz saxlanmasından verilən şikayətə baxılıb. Hakim Elmar Rəhimov işi nəzarət qaydasında baxılmamış saxlayıb. Bu barədə Meydan TV-yə jurnalistin vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil bildirib ki, hakim 451-ci maddəyə görə qərarı ya qanuni, ya da qanunsuz hesab etməli idi: “Yəni, hakimin belə qərar verməsi qanunsuzdur”.

Z.Sadıqova onu da deyir ki, hakim onun barəsində əsassız olaraq Vəkillər Kollegiyasına məlumat göndərib. Səbəb isə işə order təqdim etməməsi olub:

“Məhkəmə nəzarəti qaydasında təqdim edilmiş işlərə 10 gün ərzində baxılmalıdır, ancaq 3 aydır məhkəmə nəzarəti qaydasında işi yekunlaşdırmayan hakim vəkilə hər məhkəmədə təzyiq edir və sonda barəsində Kollegiyaya şikayət göndərir”.

Ötən il sentyabrın 16-da müstəqil jurnalist Aytac Əhmədova küçədə saxlanaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCMİ) aparılmışdı. O, Meydan TV ilə əməkdaşlıqda günahlandırılır.

Ana səhifəXəbərlərJurnalist Aytac Əhmədovanın şikayəti baxılmamış saxlanıldı