Jurnalist Aynur Elgünəşi polis gücü ilə şəhərdən çıxarmaq istəyirlər

Bələdiyyə sədri Müsavatın Şəmkir şöbəsinin sədrinin yas mərasimində stola qoyulan halvaya görə mübahisə etdi

Source:



Bələdiyyə sədri Müsavatın Şəmkir şöbəsinin sədrinin yas mərasimində stola qoyulan halvaya görə mübahisə etdi

Jurnalist Aynur Elgünəş Şəmkir şəhərinin Cəfər Cabbarlı kəndindən polis gücü ilə çıxarılacağı ilə təhdid olunur. O, Meydan TV-yə məlumat verib ki, kəndə Müsavat partiyasının Şəmkir şəhər şöbəsinin sədri Nizami Əliyevin 3 mərasimində iştirak etmək üçün gəlib. Mərasimdə stolun üstünə halva qoyulduğuna görə bələdiyyə sədri Xəqani Hüseynov ev yiyəsini 1000 manat cərimə edəcəyin deyib. Bu zaman jurnalist soruşub ki, hansı qanuna əsasən şəxsi cərimələyəcək? Bələdiyyə sədri jurnalistə kobud cavab verib və bildirib ki, o “pravakatordur”. Bundan sonra Şəmkir şəhər Polis İdarəsinin işçiləri Aynur Elgünəşi idaryə aparmaq üçün qapısına dayanıblar. Jurnalist onlarla birlikdə idarəyə getməyəcəyini bildirib və hansı əsaslı onu çağırdıqlarını soruşub. Heç bir cavab almayıb. Polislər ev yiyəsinə təzyiq edirlər ki, jurnalisti evdən çıxarsınlar.

Jurnalist deyib ki, həmin vaxt digər kəndlərdə də yas mərasimləri keçirilib və orada stolun üstünə düzülən nemətlərə görə heç bir irad bildirilməyib.

Jurnalist hadisə zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb və ona bildiriblər ki, yas mərasimlərinin keçirilməsi ilə bağlı qaydalar tövsiyə xarakterlidir və inzibati resursların hesabına nəyəsə qadağa qoyula bilməz.

DİN mətbuat xidmətindən Orxan Mansurzadə Meydan TV yə bildirib ki, məsələ ilə maraqlanacaq.



P.S. Şəkildə gördüyünüz şəxs jurnalistə qarşı kobud davranan Şəmkir şəhərinin bələdiyyə sədri Xəqani Hüseynovdur.

Ana səhifəXəbərlərJurnalist Aynur Elgünəşi polis gücü ilə şəhərdən çıxarmaq istəyirlər