İzabel Santos Leyla Yunusun da azadlığa çıxacağına ümid edir

“Arifin azad edilməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbusa çevrilmiş hüquq müdafiəçilərinin və hökumət tənqidçilərinin siyahısı uzun olaraq qalır”

Source:


“Arifin azad edilməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbusa çevrilmiş hüquq müdafiəçilərinin və hökumət tənqidçilərinin siyahısı uzun olaraq qalır”

ATƏT Parlamentinin Assambleyasının demokratiya və humanitar məsələlər üzrə komitəsinin rəhbəri İzabel Santos məşhur hüquq müdafiəçisi Arif Yunusun azad edilməsini alqışlayıb.

“Arif Yunusun səhhəti ilə əlaqədar azad edilməsi haqqında bugünki qərar Azərbaycanda hüquq müdafiəçilərinə qarşı münasibət fonunda nadir müsbət xəbərdir. Mən bir daha hakimiyyəti səhhətinin ağır olmasına baxmayaraq həbsdə qalan Arifin cəsur həyat yoldaşı Leylanı da azad etməyə çağırıram.

Bu gün Arifin azad edilməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbusa çevrilmiş hüquq müdafiəçilərinin və hökumət tənqidçilərinin siyahısı uzun olaraq qalır.

İnsan hüquqları və qanunun aliliyinin bu ölkəyə qayıtması üçün təcili olaraq çox şey edilməlidir”, deyə Santos bildirib.

İndiyə qədər hakimiyyət dəfələrlə Santosun Bakıya səfəri zamanı Leyla Yunus və digər hüquq müdafiəçiləri ilə görüşməsinə icazə vermirdi.

Ana səhifəXəbərlərİzabel Santos Leyla Yunusun da azadlığa çıxacağına ümid edir