İyunda qeydiyyatda olan bütün dərmanlara vahid qiymət tətbiq ediləcək

”Hazırda ölkədə 11 minə yaxın dərman preparatı rəsmi qeydiyyatdan keçib”

Source:
Elsevər Ağayev
Elsevər Ağayev
Elsevər Ağayev
Elsevər Ağayev


”Hazırda ölkədə 11 minə yaxın dərman preparatı rəsmi qeydiyyatdan keçib”

“İyunun sonunadək Azərbaycanda qeydiyyatda olan bütün dərmanlarda vahid qiymət tətbiq ediləcək”.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev APA-ya deyib ki, indiyədək çeşidindən, formasından, dozasından asılı olaraq, 7700 adda dərman preparatı Tarif Şurasında qiymətləndirilib. Onun sözlərinə görə, gələn ay Tarif Şurasının iki 2 iclasında qeydiyyatda olan dərman preparatlarının hamısına vahid qiymət qoyulacaq: “Hazırda ölkədə 11 minə yaxın dərman preparatı rəsmi qeydiyyatdan keçib”.

E. Ağayev vurğulayıb ki, dərmanlara vahid qiymət tətbiq edildikdən sonra vəziyyətə nəzarət etmək üçün İqtisadiyyat Nazirliyinin müvafiq qurumları apteklərdə yoxlamalar aparır. Lazım olduqda bu məsələyə Səhiyyə Nazirliyi də qoşulur.

Ana səhifəXəbərlərİyunda qeydiyyatda olan bütün dərmanlara vahid qiymət tətbiq ediləcək