Keçmiş Baş prokurorun ölüm səbəbi haqda məlumat yoxdur
Noyabrın 15-də Azərbaycan Milli Konqres Partiyasının sədri, istiqlalçı millət vəkili İxtiyar Şirin vəfat edib.
Bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Facebook” səhifəsində məlumat paylaşıb. Onun ölüm səbəbi haqda məlumat verilməyib.
1952-ci ildə Beyləqan rayonunda anadan olan İxtiyar Şirin AXC hakimiyyəti dövründə dövlət müşaviri və Baş prokuror vəzifələrində çalışıb.
O, 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və İ.Şirin azadlığa buraxılıb.