”İxrac vergidən azad olduğu üçün gömrük sisteminin yığımları idxal hesabına formalaşır”

Dövlət Gömrük Komitəsinin büdcə daxilolmaları artıb

Source:
Rövşən Ağayev foto sosial şəbəkə


Dövlət Gömrük Komitəsinin büdcə daxilolmaları artıb

Dövlət Gömrük Komitəsi 2015-ci ilin 11 ayında dövlət büdcəsinə 1.592 mlrd. manat cəlb etmişdi. Bu ilin 11 ayında 2.230 mlrd. manat cəlb edilib – 638 mln. manat (40 faiz) artım var.

İqtisadçı Rövşən Ağayev deyir ki, bu artımın real vergi bazasının genişlənməsi, komitətinin idxalın leqallaşdırılması fəaliyyəti ilə əlaqəsi varsa da, nəzərə alınmayacaq dərəcədə kiçikdir. Səbəb manatın dəyərdən düşməsidir:

“Belə ki, idxal dollarla həyata keçirilsə də, vergi və rüsumlar xarici ticarət əməliyyatlarının rəsmiləşdirildiyi tarixə rəsmi məzənnə ilə hesablanır və büdcəyə köçürülür”.

Rövşən Ağayev deyir ki, bizdə ixrac vergidən azad olduğu üçün gömrük sisteminin yığımları idxal hesabına formalaşır:

“2015-ci ilin 11 ayında 8.2 mlrd. USD idxal, həmin dövr üzrə orta məzənnə 1.05 olmuşdu. Deməli, idxalın manatla vergiyə cəlb edilən həcmi 8.6 mlrd. manat təşkil edib. Gömrük yığmlarının idxalın dəyərinə nisbəti isə 18.5 faiz olub”.

İqtisadçı 2016-cı ilin 11 ayına nəzər salır: idxal 7.7 mlrd. USD, dövrün sonuna orta məzənnə 1.6 manat:

“Deməli, idxalın manatla vergiyə cəlb edilən həcmi 12.3 mlrd. manat olub. Gömrük yığımlarının idxalın dəyərinə nisbəti isə 18.1 faiz olub. Göründüyü kimi, əvvəla idxalın manatla dəyərində 4 mlrd. manata yaxın artım var. Başqa tərəfdən isə yığımların idxalın dəyərinə nisbətində hələ 0.4 faizlik azalma var (18.5 faizdən 18.1 faizə enib)”.

Ana səhifəXəbərlər”İxrac vergidən azad olduğu üçün gömrük sisteminin yığımları idxal hesabına formalaşır”