İvan Urqant koronavirusa yoluxub

Hazırda ev şəraitində müalicə olunduğunu deyir

Source: news-man.life


Hazırda ev şəraitində müalicə olunduğunu deyir

Aktyor və teleaparıcı İvan Urqant COVİD-19 virusuna tutulub.

Bu barədə özünün “Twitter” hesabında yazıb.

Səhhəti ilə marqlananlara təşəkkürünü bildirən Urqant hazırda ev şəraitində müalicə olunduğunu qeyd edib.

Teleaparıcı özünütəcrid və səhhəti ilə bağlı “Вечерный Ургант” şousunda ətraflı danışacağını vurğulayıb.

Son sutkada Rusiyada 9284 yeni koronavirus yoluxması qeydə alınıb. Bu da ötən ilin oktyabrının göstəricilərinə uyğundur.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 4 466 153-ə çatıb.

Ölənlər 95 391, sağalanlar isə 4 077 185 nəfərdir.

Ana səhifəSosialİvan Urqant koronavirusa yoluxub