”IV İslam Həmrəylik Oyunlarına hazırlıq gedir”

2017-ci ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat ayrılması nəzərdə tutulub

Source:
foto Meydan TV
foto Meydan TV


2017-ci ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat ayrılması nəzərdə tutulub

“IV İslam Həmrəylik Oyunları və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına hazırlıq gedir”, – APA yazır ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, hazırlıq işləri ilə bağlı heç bir problem yoxdur: “Bütün işlər nəzərdə tutulan vaxtda başa çatdırılacaq”.

IV İslam Həmrəylik Oyunları və “Formula-1” üzrə Avropa Qran-pri yarışları 2017-ci ildə Bakıda keçiriləcək.

2017-ci ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat ayrılması nəzərdə tutulub.

Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli Meydan TV-yə demişdi ki, həmin vəsaitləri işsizliyin qarşısını almaq, iqtisadi böhranın fəsadlarını azaltmaq üçün, o cümlədən, səhiyyə və təhsilə ayrılsa, daha məqsədəuyğun olar.

Ana səhifəXəbərlər”IV İslam Həmrəylik Oyunlarına hazırlıq gedir”