İTV

Mənbə: meydan tv

Başlıq: İTV

İTV Yayım Şurasına yeni üzvlər seçildi

Siyavuş Novruzov: ''Yenilik diktorun verilişi ayaqüstə aparması deyil''

“İctimai Televiziya dövlət büdcəsindən maliyyələşən televiziyadır. Bu telekanalda yenilikər olmalıdır. Milli-mənəvi dəyərlərin təbliği, mədəniyyət və s. sahələrin təbliği, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır”.

Bunu deputat Siyavuş Novruzov Milli Məclisdə İctimai Televiziyanın Yayım Şurasına yeni üzvlərin seçilməsi ilə bağlı layihənin müzakirəsi zamanı deyib. Layihəni təqdim edən komitə sədri Rafael Hüseynov və çıxış edən deputat Fərəc Quliyev deyib ki, İTV-də son vaxtlar yeniliklər hiss olunmağa başlayıb.

Siyavuş Novruzov isə deyib ki, yenilik verilişi bir diktorun ayaqüstə, digərinin oturub aparması, studiyanın rənginin dəyişməsi deyil:

“Özəl telekanallar biznes qurumudur, reklam hesabına maliyyələşirlər. Bu telekanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda isə Milli Televiziya və Radio Şurası mövqeyini ortaya qoyur, qərarlar qəbul edir. İTV-nin isə konkret xalqın televiziyası funksiyasını yerinə yetirməlidir”.

Deputat Aqil Abbas bildirib ki, İctimai Televiziyanın yaradılmasında rolu olan köhnələrin haqqı tapdalanmamalıdır:

“İTV-ni televiziyanın incəliklərini bilən İsmayıl Ömərov kimi peşəkar yaradıb. Bəzən nazir dəyişir, ondan 15 il əvvəl işləyənin əməyi yada salınmır. İctimai Televiziyada da əməyi olan insanlar olub. İctimai Televiziya da hər zaman milli-mənəvi dəyələrə üstünlük verib. Arada bir az qırılma oldu, indi düzəlir. Odur ki, İTV-də inqilabi işlər görənlərın də əməyi yaddan çıxarılmamalıdır”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının üzvlərinin namizədliyi təsdiqlənib. Yayım Şurasına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlının, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın namizədliyi təsdiqlənib. İdman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, Milli Məclis tərəfindən 6 il müddətinə təsdiq edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/a77fbw

Ən çox baxılan