İTV-nin yeni baş direktoru seçildi

Yayım Şurasının üzvləri Balaş Qasımova səs veriblər

Source:
Balakişi Qasımov
Balakişi Qasımov


Yayım Şurasının üzvləri Balaş Qasımova səs veriblər

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iyunun 1-də iclasında İTV-nin yeni baş direktoru seçilib.

Yayım Şurasının 9 üzvündən 8-nin iştirak etdiyi toplantıda bu posta Qasımov Balakişi Ələkbər oğlu seçilib. O, dörd il müddətinə seçilib.

İclasda iştirak edən Yayım Şurasının üzvlərinin hamısı B.Qasımova səs veriblər.

İTV-nin baş direktoru vəzifəsinə ümumilikdə 7 nəfər namizədliyini irəlu sürmüşdü.


Mayın 11-də

İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilmişdi. Səbəb kimi onun səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciəti əsas göstərilmişdi. Onun yerinə Balakişi Qasımov təyin edilmişdi.

Media üzrə mütəxəssis, hüquqşünas

Ələsgər Məmmədli

bu cür təyinatı qanun pozuntusu adlandırımışdı.

Ə.Məmmədli demişdi ki, İctimai Teleradio yayımı haqqında qanunun 20.3.1 maddəsinin və 21.1-ci maddəsinin tələbi Baş Direktorun təyin edilməsi yox, seçilməsidir.

Mayın 14-də bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

B.Qasımov 1978-ci ildə Bakı şəhərində doğulub, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes üzrə menecment fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bitirib. 2001-ci ildə isə eyni universitetin İstehsal sistemlərinin idarəedilməsi fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə magistraturasını bitirib. İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

O, Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosiasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən, “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.

Ailəlidir, 2 övladı var.

Ana səhifəXəbərlərİTV-nin yeni baş direktoru seçildi