İtkin düşən şagirdlərin oxuduğu məktəbin direktoru danışdı (yenilənib)

Yollara nəzarət kamerasından uşaqların son görüntüsü əldə edilib, onlar sonuncu dəfə ”Neftçilər” metrostansiyasına tərəf gediblər

Source:
Şamil Babayev və İsmayıl Şəfiyev
Şamil Babayev və İsmayıl Şəfiyev
Şamil Babayev və İsmayıl Şəfiyev
Şamil Babayev və İsmayıl Şəfiyev


Yollara nəzarət kamerasından uşaqların son görüntüsü əldə edilib, onlar sonuncu dəfə ”Neftçilər” metrostansiyasına tərəf gediblər

———————————————————————————————————-


18.55. Hər iki məktəblinin tapıldığı bildirilir.


Bu barədə oxu.az-a itkin düşən şagirdlərdən biri – Şamilin anası Yekaterina xanım məlumat verib.


Onun sözlərinə görə, oğlanları Hövsan ərazisindən tapıblar.


Uşaqlar sadəcə gəzməyə çıxdıqlarını deyiblər.


Hadisənin təfərrüatları araşdırılır.

Fevralın 17-də Bakının Nizami rayonu ərazisində itkin düşən 11 yaşlı iki şagird – Şamil Babayev və İsmayıl Şəfiyevin təhsil aldıqları orta məktəbin direktoru hadisə barədə danışıb.

Trend-ə açıqlama verən Nizami rayonu 32 saylı orta məktəbin direktoru Sevda Abdullayeva faktı təsdiqləyib.

Məktəb direktoru bildirib ki, hadisə fevralın 17-də günorta saatlarında baş verib. Məktəbin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxıb evlərinə yola salınıb. Lakin şagirdlər evlərinə getməyiblər.

Şagirdlərin dərsdən sonra valideynlərinə təhvil verilməsi məsələsinə münasibət bildirən S.Abdullayeva bildirib: “Həmin şagirdlər həmişə məktəbə özləri gəlib, özləri gediblər. Onları heç vaxt valideynləri məktəbdən götürməyib. Bu barədə valideynləri polisə izahatlarında da qeyd ediblər”.

Direktor deyib ki, hazırda polis şagirdlərin axtarışına başlayıb və onların gedəcəyi ehtimal edilən ərazilərlə bağlı araşdırmalar aparılır.

Fevralın 17-də Bakının Nizami rayonu, 32 saylı orta məktəbin iki şagirdi – Şamil Babayev və İsmayıl Şəfiyev yaşadıqları mənzillərdən orta məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıblar.

Ailələr polisə müraciət edib. Yollara nəzarət kamerasından uşaqların son görüntüsü əldə edilib. Onlar sonuncu dəfə “Neftçilər” metrostansiyasına tərəf gediblər.

İsmayılın anası Viktoriyanın sözlərinə görə, İsmayıl daxılındakı pulu da götürüb. Məktəbdə telefon işlətməyə icazə olmadığından həmin gün telefonunu da evdə qoyub.

Şamilin əynində qara kurtka, göy şalvar, ağ idman ayaqqabısı, İsmayılın əynində isə göy şalvar, bordo kurtka və şabalıdı çəkmə olub. Uşaqları görənlərdən polisə və ailələrinə məlumat vermələri xahiş olunur.

(050) 527-11-80 Yekaterina (Şamilin anası)

(055) 935-82-60 Viktoriya (İsmayılın anası)

Ana səhifəXəbərlərİtkin düşən şagirdlərin oxuduğu məktəbin direktoru danışdı (yenilənib)