İtkin düşən neftçilərin Türkmənistan ərazisində axtarışına başlanıb

Xəzərin Azərbaycan sektorunda da axtarışlar davam edir

Source:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və “Neft daşları” yatağında itkin düşən 3 nəfərin axtarışına bu gün Xəzər dənizinin Türkmənistan ərazisində başlanılıb.

Bu barədə “Report”a “Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, bunun üçün Türkmənistan Dövlət Sərhəd Xidmətindən icazə alınıb. Bu ərazidə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirir. Bu təyyarə dənizə eniş edə bilir.

Xəzərin Azərbaycan sektorunda da axtarışlar davam edir. Belə ki, hazırda FHN-nin 3 helikopteri, 2 gəmisi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri 5 gəmisi axtarış aparır.

Eyni zamanda, FHN-nin Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri Bayıl ərazisində sahilboyu axtarış həyata keçirirlər.

Ana səhifəXəbərlərİtkin düşən neftçilərin Türkmənistan ərazisində axtarışına başlanıb