Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov modern.az- deyib ki, cəsəd “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Mübariz Dilqəm oğlu Qasımova məxsusdur.
Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür
Bu gün Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ”Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.