Itkin düşən balıqçılardan birinin meyiti tapılıb

Axtarışlar zamanı itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb

Source:


Axtarışlar zamanı itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb. “Report”un məlumatına görə, bu gün səhər saatlarından başlayaraq balıqçıların axtarşlarına helikopter cəlb olunub. Axtarışlar zamanı balıqçılardan birinin meyiti tapılıb. Hələlik adı məlum olmayan balıqçı balıq toruna ilişib. Balıqçının meyiti Xaçmazın Niyazabad kəndindən 6 kilometr aralıda tapılıb. Həmçinin axtarışlar zamanı itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb.

Ötən gün səhər saatlarında Xəzər dənizinin Xaçmaz rayonu Niyazabad kəndinə yaxın ərazisində balıqçı qayığı batıb. Havanın küləkli olması səbəbindən batan qayıqda olan üç nəfər – Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirov itkin düşüb.

Ana səhifəXəbərlərItkin düşən balıqçılardan birinin meyiti tapılıb