İtkin düşdüyü deyilən gəncin dənizdən meyidi tapılıb

Balabəy Balayev

Balabəy Balayev

''Məni şərlədilər, günahkarlar cəzalarına çatacaq, ancaq mən həyatda olmayacam''

Aprelin 1-dən itkin düşdüyü bildirilən 22 yaşlı Balabəy Balayevin cəsədi Səbail rayonundakı Dənizkənarı Parkın ərazisində sudan çıxarılıb.

Bu barədə Meydan TV-yə B.Balayevin ailəsi məlumat verib.

B.Balayev Bakının Xəzər rayonunun Türkan qəsəbə sakini olub.

Gəncin itməsi barədə Meydan TV-yə danışan yaxın qohumu Vüqar Əmirov deyirdi ki, ailəsi oğlunun itməsində çalışdığı “Şah oil” yanacaqdoldurma məntəqəsinin rəhbərini günahlandırır:

“Həmin yanacaqdoldurma məntəqəsinin müdiri Balabəydən tez-tez pul tələb edirdi. Hər dəfə də bəhanə gətirirdi ki, guya haqq-hesab vaxtı Balabəyin məntəqəyə pul əksiyi çıxır. Sonuncu dəfə də uşağın atası Azər Balayevə aprelin 1-də zəng vurub, deyib, oğlunun 431 manat əskiyi var, gətir ödə. Atası da Balabəyə zəng vurub, Balabəy ağlayıb, deyib, müdir yenə məni sıxışdırır. Atası da deyib ki, oğlum, narahat olma, gəlirəm, pulu gətirirəm. Atası ora çatanda görüb ki Balabəy işdə yoxdur, telefonuna zəng vurub, bağlı olub. Orda işləyənlərdən soruşanda deyiblər ki, Balabəy elə iş geyimində hasardan hoppanıb qaçdı. Müdirdən Balabəyi soruşub, o da xəbərsiz olduğunu bildirib”.

“Şah Oil” yanacaqdoldurma məntəqəsi Xətai rayonu ərazisində yerləşir. Ailə itki ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verib. Qohumunun sözlərinə görə, Balabəyin “Whatsapp”-dakı sonuncu paylaşımı təxminən belədir: “Məni şərlədilər, günahkarlar cəzalarına çatacaq, ancaq mən həyatda olmayacam”.

“Şah Oil”-in rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yrfbuj

Ən çox baxılan