“İtaliyadakı sərgidə qondarma respublikanın təmsil olunması yolverilməzdir”

Şahin Mustafayev: “İtaliyanın bəzi şirkətləri Qarabağda fəaliyyət göstərir və İtaliya hökuməti tərəfindən belə halların qarşısı alınmalıdır”

Source:

Şahin Mustafayev: “İtaliyanın bəzi şirkətləri Qarabağda fəaliyyət göstərir və İtaliya hökuməti tərəfindən belə halların qarşısı alınmalıdır”

“Bəzi italyan şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti, bu ərazilərə səfərlərin təşkili, habelə, İtaliyadakı sərgi və tədbirlərdə qondarma respublikanın iştirakı qəbuledilməzdir”.



APA

-Economics”in verdiyi xəbərə görə, bunu bu gün keçirilən Azərbaycan-İtaliya işgüzar görüşündə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, İtaliyanın bəzi şirkətləri Qarabağda fəaliyyət göstərir və İtaliya hökuməti tərəfindən belə halların qarşısı alınmalıdır.

İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi isə jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə danışıqlar aparıb.

“Sözügedən şirkətlərə bununla bağlı xəbərdarlıq olunacaq. Ümid edirəm ki, onlar bu fəaliyyətlərini dayandıracaqlar”, – deyə F. Quidi qeyd edib.

Ana səhifəXəbərlər“İtaliyadakı sərgidə qondarma respublikanın təmsil olunması yolverilməzdir”