İtaliyada əvvəlki Baş nazir Renzinin valideynlərinə ev həbsi verilib

Renzi valideynlərinin onun siyasi kariyerası səbəbilə hədəf alındığını iddia edir

Source:

İtaliyanın keçmiş baş nazirlərindən biri olan Matteo Renzinin anası və atası haqlarında açılmış korrupsiya istintaqı altında ev həbsinə alınıblar.

Renzinin 70 yaşında olan atası Tiziano Renzi və anası Laura Bovoli saxtakarlıqda ittiham olunur. İtaliya mətbuatında çıxan xəbərlərə görə, ittihamlar 2010-2018-ci illəri əhatə edir.

Renzi valideynlərinin onun siyasi kariyerası səbəbilə hədəf alındığını iddia edir.

2014-2016-cı illər arasında mərkəz sol hökumətin Baş naziri vəzifəsini icra edən Renzi sosial mediada yazdığı mesajında valideynlərinə tətbiq olunan ev həbsinin “absurd və nisbətsiz” olduğunu söyləyib.

İtalyan məhkəməsinə güvəndiyini ifadə edən Renzi, “Bir övlad olaraq ailəmi və məni dünyaya gətirən bu insanları haqsız, yersiz utanca məruz qoyduğum üçün üzgünəm. Mən siyasətlə məşğul olmasaydım, ailəmə palçıq atılmayacaqdı. Mən bu ölkəni dəyişdirməyə çalışmasaydım, valideynlərim bu gün sakit şəkildə pensiyaya çıxacaqdı”.

“Kimsə məhkəmə strategiyasını tətbiq edərək siyasi rəqibini ortadan qaldıracağını düşünürsə, o yanlış insanı seçib,”- deyə Renzi yazıb.

Fevralın 19-da Renzi yeni bir mesaj verərək, fərziyyə söyləmədiyini, ancaq valideynlərinin ev həbsinə alınmasının İtaliya gündəmindəki digər əhəmiyyətli müzakirələrə kölgə saldığına diqqət çəkib.

İtaliyada dünən Baş nazirin müavini və daxili işlər naziri Matteo Salvininin məhkəmə istintaqı tələbilə əlaqəli səsvermə keçirilib. Ötən avqustda Salvini İtalyan Sahil Təhlükəsizliyinə aid “Diciotti” gəmisindəki mühacirlərin quru əraziyə enməsinə icazə verməkdən imtina etdiyi üçün məhkəməyə cəlb edilmişdi.

Salvininin məhkəməsi üçün Senatın təsdiqinə ehtiyac var. Salvininin partiyası Lig ilə koalisiyada olan 5 Ulduz Hərəkatı Senatda necə səs verəcəyinə dair internet üzərində edilən səs verməylə qərar verdi. Bu səslərin nəticəsini gözləyərkən Renzinin valideynlərinin ev həbsinə alındığı ortaya çıxdı.

5 Ulduzu Hərəkatının üzvləri isə dünən internetdə edilən səsvermədə 59 faiz Salvininin məhkəməsinə qarşı səs verib. Bugünkü qəzetlərin baş səhifələrində Renzinin valideynlərinə ən az Salvini haqqındakı səsvermə qədər geniş yer ayırılıb.

Ana səhifəXəbərlərİtaliyada əvvəlki Baş nazir Renzinin valideynlərinə ev həbsi verilib