Mattarella yeni seçkilər çağırarsa, o zaman seçkilər 45-70 gün içində keçirilməlidir
Cüzeppe Konte (Guiseppe Conte) İtaliyanın Baş naziri postundan istefa verib, “Guardian” xəbər verir.
Konte vəzifəsindən sağ mərkəz liqanın lideri Matteo Salvinini İtaliya üçün “ciddi nəticələrə” səbəb ola biləcək hökumət böhranına şərait yaratmış “fürsətçi” adlandırdıqdan sonra gedib.
Konte deyib ki, o, səlahiyyətlərini çərşənbə axşamı senatda baş tutmuş müzakirələrdən sonra rəsmi olaraq prezident Serjio (Sergio) Mattarellaya təhvil verəcək.
Keçmiş Baş nazir əlavə edib ki, Salvini onun müavini və daxili işlər nazirinin müavini olaraq bu ayın əvvəlində anti-istəblişment Beş Ulduz Hərəkatı (M5S) ilə partiyanın qısamüddətli ittifaqına son verərək İtaliya vətəndaşlarına xəyanət edib.
Salvini liqanın artan populyarlığından istifadə edərək erkən seçkilərə çağırış edib.
“O, yalnız öz maraqlarına və partiyasının maraqlarına xidmət edir,” – Konte deyib. “Hər il seçicilərə səslənmək məsuliyyətsizlikdir” deyən Konte Salvininin İtaliyanın növbəti Baş naziri olma ehtimalını “narahatverici” olaraq dəyərləndirib.
İstefa verməklə Konte liqanın etimadsızlıq səsverməsindən yayınıb.
Parlamenti buraxmaq və yeni seçkilər çağırmaq səlahiyyəti Mattarellaya məxsusdur. Ölkə prezidenti yeni parlamentdə çoxluğun təşkil edilməsini və ya texniki olaraq hökuməti qura bilər. Salvininin manevri vaxt baxımından çox həssasdır. Belə ki, İtaliya sentyabr ayının sonuna qədər 2020-ci il üçün nəzərdə tutulmuş büdcə layihəsini təqdim etməlidir.
Konte deyib ki, Salvininin son həftələrdəki seçimləri “zəif institusional həssaslığı” və “konstitusiya mədəniyyətində ciddi çatışmazlığı” ortaya qoyub. O, həmçinin İtaliyadakı davamlı təşviqat kampaniyasında nazirin dini simvollardan istifadəsini tənqid edib, onun bu addımını “dindarlara təhqir” kimi dəyərləndirib.
Salvini təsbehi öpüb və Senatda Konteyə cavab olaraq “Mən yaşadığım müddətcə Madonnadan qorunmamı istəyəcəyəm” deyib.
“Mən yeganə təvazökar şahidəm,” o deyib: “Ölkəm mənim üçün rahat oturacaqlardan daha önəmlidir”.
O həmçinin deyib ki, İtaliyanın ən aktual problemi ölkədə doğuş səviyyəsinin aşağı olmasıdır və əlavə edib ki, onun potensial hökumətinin məqsədi “vergilərin azaldılması, yaşamaq hüququ … böyümə, investisiyanı” əhatə edən 2020-ci ilin 50 milyard avroluq büdcəsini dəstəkləməkdir.
Baş nazir olaraq o, “Merkel və ya Makrona deyil, italiyalılara diqqət ayıracaq … Mən fəxr edirəm, azadam və millətçiyəm. İtaliya ana və atası olan uşaqlardan ibarət olacaq”.
Mattarella yeni seçkilər çağırarsa, o zaman seçkilər 45-70 gün içində keçirilməlidir.
Ümumiyyətlə, mülayim davranışlı olaraq xarakterizə edilən Konte, həftə sonu Salviniyə qarşı qalxaraq onu sədaqətsizlikdə günahlandırıb və İtaliyanın limanlarını miqrantlara bağlamaqda ittiham edib. İki siyasi xadim arasında çəkişmə Konte Açıq Qollar mühacir xilasetmə gəmisinin Lampedusa adasında liman etməsini qadağan edən əmri imzalamaqdan imtina etdikdən sonra yaranıb.
Salvini ümid edirdi ki, onun 8 avqust tarixində koalisiyadan çıxmasıyla hökumət çökəcək və bu, erkən seçkilərə gətirib çıxaracaq.
May ayındakı Avropa parlamentinə keçirilmiş seçkilərdən etibarən liqa rəhbəri partiyasının getdikcə artan populyarlığını sahiblənməyə çalışır. Salvininin partiyası 2018-ci ilin mart seçkilərində 17% səslə M5S və mərkəz sol Demokratik Partiyadan (PD) sonra gələrək parlamentdə üçüncü yerə sahidir və müqayisədə daha zəifdir.