İtaliya: Koronavirusa görə bir araya gəlməzsə, Avropa çökəcək

Fransa və Almaniya problemi həll etmək üçün güzəştə getməyə çalışırlar, amma Avstriya güzəşt etməyə çalışsa da, mübahisəli “avro istiqrazların” Vyana üçün əlverişsiz olduğunu deyib.

Source: Foto: arxiv


“Fransa və Almaniya problemi həll etmək üçün güzəştə getməyə çalışırlar”

“Avropa Birliyi koronavirus böhranı ilə mübarizə aparmaq üçün bir araya gələ bilməzsə, qitəni eqsiztensial təhlükə gözləyir”, – İtaliya rəsmiləri cümə axşamı deyib.

“Reuters” xəbər verir ki, bölünmüş blok koronavirusdan zərər görmüş iqtisadiyyatı dirçəltmək üçün xilasetmə paketi üzərində danışıqları bərpa etməyə çalışır.

Daha çox maliyyə baxımından mühafizəkar şimal ilə pandemiyadan ən ağır zərbə görmüş cənub arasında razılığa gəlmək qeyri-mümkün görünür. Cənub Avropa İttifaqını ortaq borc kimi indiyədək görünməmiş tədbirlərə əl atmağa inandırmağa çalışır.

Avropa İttifaqı maliyyə nazirləri arasında yarım trilyon avro paketi mövzusunda on altı saat davam edən danışıqlar çərşənbə günü heç bir nəticə olmadan başa çatıb. Onlar cümə axşamı danışıqları davam etdiriblər. İştirakçılar Avropanı tənəzzüldən çıxarmaq üçün müqavilə bağlamağa çalışıblar.

İtaliyanın Baş naziri Cüzeppe Conte BBC-yə deyib: “Bu, Avropanın mövcudluğu üçün böyük təhlükədir”.

“Əgər Avropa İkinci Dünya Müharibəsindən bəri ilk dəfə yaranmış belə bir problemə uyğun olaraq vahid pul və maliyyə siyasəti hazırlaya bilməzsə, o zaman nəinki italyanlar, Avropa vətəndaşları da məyus olacaqlar”, – o deyib.

Həftələrcə 27 üzv dövləti birləşdirən Avropa İttifaqı iqtisadi xilasetmə planları, tibbi ləvazimatların çatdırılması və sərhədlərin bağlanması üzərində mübahisə edir və pandemiya qarşısında vahid cəbhə almağa çalışır.

Fransa və Almaniya problemi həll etmək üçün güzəştə getməyə çalışırlar, amma Avstriya güzəşt etməyə çalışsa da, mübahisəli “avro istiqrazların” Vyana üçün əlverişsiz olduğunu deyib.

Maliyyə naziri Gernot Bluemel: “Bu, bizim üçün müzakirə edilə bilməz”.

Yüksək vəzifəli Avropa İttifaqı diplomatı deyib ki, təhlükə artmaqdadır və maliyyə nazirləri razılaşma əldə etmək üçün blokdaxili bölünmüşlüyü həll etməlidir.

“Bu gün razılaşma üçün çox təzyiq olub”,- diplomat deyib.

“Almaniya və Fransa buna səy göstərir. Ancaq asan deyil … biz həqiqətən də praktikada çox rol oynamayan rəsmi razılığa gələ bilərik”.

Müzakirə olunan paket Avropa İttifaqının pandemiyaya qarşı ümumi maliyyə reaksiyasını 3,2 trilyon avroya çatdıracaq. Bu, dünyada ilk olacaq.

Ana səhifəDünyaİtaliya: Koronavirusa görə bir araya gəlməzsə, Avropa çökəcək