İtaliya hökuməti gənclərə 500 avro paylayır

Bu hədiyyə “mədəniyyət bonusu” adlanır

Source:


Bu hədiyyə “mədəniyyət bonusu” adlanır

İtaliya hökuməti 18 yaşı tamam olan gənclərə kitab alması üçün 500 avro pul verir. Qanuna əsasən gənclər bu pulu kitab almağa, muzey, filmlərə biletlər, milli parklara giriş əldə etmək üçün istifadə edə biləcəklər. İtaliyada qəbul olunan bu qanun 15 sentyabrdan qüvvəyə minəcək.

Hər il təxminən 575 min gəncə veriləcək bu bonuslar hökumətə 290 milyon avroya başa gələcək. Parlamentin spikeri Tommaso Nannicini inanır ki, bu, ən yaxşı xərc olacaq.

18 yaşı tamam olan gənclərə veriləcək bu bonusu onlar telefonlarına proqram yükləməklə və əllərindəki kart vasitəsilə mağazalarda istifadə edə biləcəklər.

İtaliya hökuməti eyni bonusu 2017-ci ildən həm də müəllimlər üçün nəzərdə tutur. Belə ki, həmin bonusu müəllimlər peşəkar inkişafları üçün ayıra biləcəklər.

Mənbə:

İndependent qəzeti

Ana səhifəXəbərlərİtaliya hökuməti gənclərə 500 avro paylayır