''İtalianka'' məhəlləsində

83 yaşlı Tamilla xanım 57 ildi Bakının “İtalianka” adlanan köhnə məhəllələsində yaşayır. Dediyinə görə, yaşadığı məhəllə 1901-ci ildə salınıb.  Əvvəlki qonşuları daha çox ruslar, yəhudilər və ermənilər olub. Marqo adlı rəfiqəsi ilə eyni məhəllədə yaşayıblar. 

54 yaşlı Rahib Tağıyev 38 ildir “İtalianka”da yaşayır: “Əvvələr daha çox mehribançılıq vardı. Hətta o zamanlar qonşular harasa gedəndə bir-birinə evlərinin açarlarını da etibar edərdilər. Amma indi köhnə qonşuların hərəsi bir yana gedib, hətta Bakıdan köçüblər. Bu məhəllədə əsasən ruslar və ermənilər yaşayırdi. İndi tək-tük rus qonşularımız qalıb”.

Bu məhəllələrdə yaşayan  insanları həmişə bir sual narahat edir: Görəsən bizim məhəlləni də nə vaxtsa sökəcəklər?

“Italianka” məhəlləsinin sakini Ruzigar Əsədova deyir ki, ovaxtı xeyir-şərimizi də elə bu eyvanda edərdik. Qonşulardan kimisi stol, kimisi qab-qacaq, kimisi də oturacaqlar gətirərdi. O zaman insanların və xususən də “Italianka” məhəlləsinin sakinlərinin bir-birinə etibarı çox idi.

Ruzigar xanım deyir ki, yuduğumuz paltarlar bəzən çox olduğundan hətta qonşunun da iplərindən asırıq. Ovaxtkı adət-ənənə də belə idi.

Köhnə məhəllələrin özünəməxsus tuneləbənzər girişləri var. Bu tunellərin arasında bir tərəfdə yeni Bakı, digər tərəfdə isə Bakının “Italianka” adlanan köhnə məhəllələri yerləşir.

“Italianka” adlanan köhnə məhəllərdə yaşayan insanları söküntü yox, dostlardan, qonşulardan ayrı düşmək narahat edir. 

“Italianka” məhəlləsinin sakini,  62 yaşlı Rufat Abbasov deyir ki, bir-birini qucaqlayan bu eyvanlarda yaşayanlar çox mehriban olublar.

“Yaşadığım “Italianka” məhəlləsi 130 il bundan öncə tikilib. 52 ildir bu məhəllənin sakiniyəm. 47 il orta məktəbdə rus dili müəlliməsi işləmişəm. Həm o vaxtlar, həm də indi asudə vaxtlarımda evimin qarşısında kitab oxumağı sevirəm. Səs-küylü Bakının mərkəzi olsa da, belə “Italianka” məhəllələrinin içində bir başqa aləm, bir başqa sakitlik var”- 71 yaşlı Nina Nəcəfovanın dedikləri.

Bakı dünyada elə şəhərlərdəndir ki, köhnəlik çatışmazlıq kimi başa düşülmür, qədimliyə, təbiiliyə bərabər tutulur. Eyni zamanda burada yaşayan insanlar da elə insanlardandır ki, bu qədimiliyin, təbiiliyin həsrətini həmişə çəkirlər

“Əslən Kürdəmirliyəm. Bakıda kafedə xadiməçı işləyirəm. Kafemizin bir qapısı şəhərə açılır, digər qapısı “Italianka” məhəlləsinə. Çox qəribədir, hər dəfə bu məhəllə tərəfə keçəndə sanki bir başqa aləmə düşürəm. İnsanın ruhu dincəlir sakitçılikdən”- 62 yaşlı Məlahət Salmanovanın dedikləri

“Italianka” məhəllələrinin çoxunda kiçik hovuzlar da vardır. Bu hovuzları elə məhəllə sakinləri tikiblər. Dediklərinə görə, yay aylarında hovuzun kənrına yığışaraq dincəlir, bir-birləri ilə söhbət edərdilər.

1904 –cü ildə tikilmiş pilləkanlar. Sakinlərin sözlərinə görə, heç bir texnikadan istifadə olunmayıb. Pilləkan Bahadur Xanlarov tərəfindən tikilib.

Bu məhəllələrdə bir nostaljilik var. Bir anlıq keçmişə düşmək üçün hündür binaların arxasından, kiçik darvazalardan keçərək, Bakının köhnə məhəllələrinə girmək kifayət edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vx65bg

Ən çox baxılan