İsveçrəlilər pensiyaların artırılmasına səs verib

Foto: Turan İA

75 faiz insan pensiya yaşının 65-dən 66-ya qaldırılmasını rədd edib

İsveçrə martın 3-də keçirilən referendumda yaşlılar üçün pensiya ödənişlərinin artırılmasına səs verib.

Səbəb yaşayış xərcləri ilə bağlı narahatlıqdır. Hökumətin açıqladığı müvəqqəti rəsmi nəticələr göstərib ki, seçicilərin 58%-dən çoxu əlavə pensiyanı, ildə 13-cü aylıq ödənişi dəstəkləyib.

Gfs.bern” sorğu firmasından Lukas Qolder SRF-yə deyib: “Bu addım həqiqətən də həmkarlar ittifaqı baxımından böyük bir mərhələdir”.

Hazırda sağa meyl edən hökumət, biznes lobbiləri və parlament bu təklifi maliyyə cəhətdən əsassız sayaraq rədd etmişdi. İsveçrə seçiciləri keçmişdə biznes üçün riskli hesab edilən dəstək tədbirlərinə ehtiyatlı yanaşırdılar. Pensiya səsverməsi son onilliklərdə İsveçrənin iş həftəsini qısaldacaq və insanlara daha çox tətil verəcək təklifləri açıq şəkildə rədd etdiyi referendumla ziddiyyət təşkil edir. Varlı ölkədə yaşayış xərcləri ilə bağlı narahatlıq geniş yayılıb.

“Economist Intelligence Unit” tərəfindən noyabrda dərc edilən araşdırmada İsveçrənin ən böyük şəhəri Sürix, dünyanın ən bahalı şəhəri kimi Sinqapurla eyni sırada yer alıb. 2026-cı ildən qüvvəyə minməli olan pensiya artımının necə maliyyələşdiriləcəyi bəlli deyil.

Müxaliflər bunun vergi artımlarına və ya xərclərin azaldılmasına səbəb ola biləcəyini və gənc isveçrəlilərə təsir edə biləcəyini deyirlər. İsveçrədə qocalığa və sağ qalanlara görə (AHV) minimum pensiya ayda 1225 İsveçrə frankı (1393 dollar), maksimum isə 2450 frank təşkil edir.

Ana səhifəSosialİsveçrəlilər pensiyaların artırılmasına səs verib